14 may 2015 00:20
Risto Ristoviç: Ola bilər ki, Bakıda hər şey qaydasına düşsün və mən ora qayıdım
"Bakı"nın sabiq yarımmüdafiəçisi Risto Ristoviç bəyan edib ki, keçmiş klubundan FİFA-ya şikayət etmək fikrində deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı"nın mənə hələ də borcu qalır. Nə qədər olduğunu deməyəcəyəm, amma böyük məbləğdir. Etiraf edim ki, bu borca görə FİFA-ya şikayət etmək istəmirəm. Mənə daha çox təsir edən bu klubdan getməyim oldu. Halbuki, orada hər şey məni qane edirdi. Sadəcə, maliyyə problemləri məni getməyə məcbur etdi. Ola bilər ki, "Bakı"da hər şeyin yoluna düşəcəyi gün də gələcək. Mənim oraya qayıtmağım da mümkündür".
