13 may 2015 19:00
Prosineçki: Azərbaycan yığmasının potensialı var və bu komandanı böyük uğurlar gözləyir
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki komandamızdakı işindən və hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Fransa mətbuatına açıqlamasında bunları söyləyib:
"Futbolçu olduğum dövrdə həmişə qələbə qazanmağı istəyirdim. Bu gün baş məşqçi kimi daha çox uzaqgörən olmağa çalışıram. Artıq bir neçə aydır Azərbaycan yığmasında çalışıram, ailəmlə birgə Bakıda yaşayıram. İnanıram ki, Azərbaycan yığmasının böyük potensialı var və bu komandanı böyük uğurlar gözləyir. Burada yaxşı gələcək vəd edən çoxlu gənc futbolçu var. İnfrastruktur da yaxşı səviyyədədir. Avropa çempionatına vəsiqə qazanmağımız çox yaxşı olardı. Çünki qitə birinciliyinin bəzi oyunları Bakıda keçiriləcək".
