13 may 2015 15:40
Neftçi Rauf Əliyevlə müqaviləyə xitam verdi
"Neftçi" bir neçə gün öncə transferə çıxardığı hücumçusu Rauf Əliyevlə bağlı açıqlama yayıb. Azerisport.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
"Futbolçu Rauf Əliyevin müraciətini nəzərə alaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Neftçi” PFK 26 yaşlı hücumçuya azad agent statusu verib. Rauf Əliyevə gələcək karyerasında uğurlar arzulayırıq".
