13 may 2015 13:30
Eddi İsrafilov məşqlərə başladı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Qranada" klubunun heyətində məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, o, hələlik fərdi qaydada məşq edir və ümumi hazırlıqlara qatılmır.
Qeyd edək ki, "Qranada" La Liqanın 37-ci turu çərçivəsində "Real Sosyedad"la qarşılaşacaq.
