13 may 2015 12:30
Neftçi makedoniyalı qapıçı ilə maraqlanır
"Neftçi" yeni qapıçı axtarışına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu cari mövsümdə Aqil Məmmədovun əvəzedicisinə çevrilən Saşa Stamenkoviçlə yolları ayırmağa hazırlaşır.
Onun əvəzində isə başqa legioner qapıçı transfer olunacaq. Paytaxt klubunun Makedoniya yığmasının qapıçısı Martin Boqatinovla maraqlandığı bildirilir.
Qeyd edək ki, Boqatinovun son klubu Kiprin "Ermis" komandası olub. Futbolçunun özünün Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı bildirilir.
