13 may 2015 11:45

Aleksandr Amisulaşvili: İnter çempion olsa, bu, möcüzə olacaq

"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvilinin azerisport.az saytına müsahibəsi

- Bir neçə tur öncə hətta komanda yoldaşlarınızın da bəzisi "Qarabağ"ı çempionluq münasibətilə təbrik etdiyi halda, indi vəziyyət dəyişib və qarşıdakı üç oyunda qələbə qazanmaqla böyük sürprizə imza ata bilərsiniz...
- Sözdə hər şey çox xoş görünür. Amma buna nail olmaq çox çətin olacaq. Hər şey o dərəcədə asan deyil. Məsələn, "Qəbələ" ilə oyunu götürək. Səfərdə onlara qalib gəlmək çox çətin olur. Üstəlik, "Qarabağ" və "Sumqayıt"la da oyunlarımız qalır. Amma fikrimcə, bu hədəfə nail olmaq da mümkündür.

- "Qəbələ" ilə səfər oyununu qalan görüşlər arasında ən çətini saymaq olar?
- Hər üç rəqib sıradan komanda sayıla bilməz. "Qəbələ" isə böyük bir məğlubiyyətsizlik seriyasına malikdir.

- Maliyyə probleminə görə komandada atmosfer pis deyil?
- Xeyr, sadəcə, mən məşqdən sonra bir qədər yorğun olduğuma görə beləyəm (gülür).

- Klubun üzləşdiyi çətinlik sizə təsir etmir?
- Əlbəttə, bu, xoş hadisə deyil ki, maaşını vaxtında ala bilmirsən. Amma nə etmək olar ki? Bizim iki variantımız var: ya çıxıb oynamaq, ya da bundan imtina etmək.

- İkinci variant mümkündür?
- Biz elə etməyəcəyik. Üç tur qalıb, sonadək mübarizə aparmaq lazımdır. Mövsümü layiqli şəkildə başa vurmalıyıq.

- Klubla müqavilənizin müddəti mövsümün sonunda başa çatır. Sizin addımınız necə olacaq?
- Böyük ehtimalla klubu tərk edəcəyəm. Hara gedəcəyimi, nə edəcəyimi hələlik dəqiq deyə bilmərəm. Zaman göstərəcək.

- Bu mövsüm "İnter" çempion olsa, bunu möcüzə saymaq olar?
- Böyük ehtimalla, hə. Xüsusilə də uşaqların maaş almadan bu cür oynadığını qeyd etmək istərdim. Mən belə bir hadisənin heç yerdə şahidi olmamışdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.