13 may 2015 11:00

Futbol və Sağlam Həyat adlı layihəyə start verilib

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsinə start verilib. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

"Futbol və Sağlam Həyat" adı altındakı layihənin Sumqayıt şəhərində və onun ətraf qəsəbələrində yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan şagirdlər arasında keçiriməsi nəzərdə tutulub. Seminar tipli layihədə hər məktəbdən 10-12 yaş arası əlaçı şagird iştirak edəcək. Bu gün adıçəkilən layihənin Sumqayıtda yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyində açılış mərasimi baş tutub. Mərasimdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin, eləcədə "Sumqayıt" FK-nun rəhbərliyi və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev "Futbol və Sağlam Həyat" layihəsi haqqında qonaqlara geniş məlumat verib. Ardınca millət vəkili Muxtar Babayev bu layihənin vacibliyi haqqında danışıb. Milli komandamızın çalışdırıcısı Robert Prosineçki isə şagirdlərlə görüşərək imzalanmış topu məktəbin muzeyinə hədiyyə edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra klubun texniki direktoru Frank Bernhardt şagirdlərə futbol oyunu və sağlam həyat haqqında seminar keçib. Tədbirin sonunda klubun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov və futbolçu heyətinin iştirakı ilə şagirdlər arasında viktarina keçirilib. Qaliblərə xüsusi hədiyyələr təqdim edilib.

Yekunda bütün iştirakçılara "Sumqayıt" FK-nun idman geyimləri və sponsorların hədiyyələri təqdim edilib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihədə 500-dən artıq şagird iştirak edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.