13 may 2015 00:05
Yunis Hüseynov: Təcili Bakıya getdiyimə görə mətbuat konfransına gəlmədim
Mövsümün sonuna qədər "Xəzər Lənkəran"ı Premyer Liqaya klubun idman direktoru Yunis Hüseynov çıxaracaq. Bu barədə məlumatı Hüseynov azərisport.az saytına açıqlamasında verib:
"Elbrus Məmmədov oxumağa gedəcək. Ona görə qalan oyunlara komandanı mən çıxaracağam. Amma bu başqa fikirlər yaratmasın. Sadəcə, baş məşqçi olmadığı üçün əvəz edəcəyəm. Mövsümün sonunda yenidən idman direktoru vəzifəsinə qayıdacağam".
Yunis Hüseynov NİK tərəfindən mətbuat konfransına gəlmədiyi üçün 1000 manat cərimələndiyini normal hal kimi dəyərləndirib: "Matçdan sonra Bakıya getməliydim. Tələsirdim. Ona görə mətbuat konfransında iştirak etmədim. Cəriməni ödəyəcəyəm. Bundan sonra çalışacağam ki, konfransda olum".
