12 may 2015 21:00
Xəzər Lənkəran məşqlərini bərpa etdi
Premyer Liqanın 33-cü turu çərçivəsində doğma meydanında lider "Qarabağ”la heç-heçə edən “Xəzər Lənkəran” dünəndən məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, Lənkərandakı bazasında toplaşan komanda növbəti turun AZAL ilə qarşılaşması üçün hazırlığa start verib.
Hazırda yalnız Türkiyədə əməliyyat olunan Sadio Tounkara məşqlərdən tam olaraq kənarda qalsa da, gənc müdafiəçi İlyas Səfərzadə fərdi olaraq məşqlərini davam etdirir. May ayının 15-də əsas meydançada son oyunöncəsi məşqini keçirəcək “Xəzər Lənkəran” bununla hazırlığını tamamlayıb oyun saatını gözləyəcək.
Xatırladaq ki, 34-cü turun “Xəzər Lənkəran” - AZAL görüşü may ayının 16-da baş tutacaq.
