12 may 2015 15:45
Amit Quluzadə karyerasını Çində davam etdirə bilər
Azərbaycanlı yarımmüdafiəçi Amit Quluzadə Portuqaliyanın "Atletiko" klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, onun bu yay başqa komandaya keçməsi istisna olunmur.
Məsələ burasındadır ki, Amitlə Portuqaliyanın digər klubları, eləcə də Rumıniya və Çin komandaları yaxından maraqlanır.
