12 may 2015 15:15
Yunis Hüseynov: Kəpəzin Premyer Liqaya qayıtmasına sevinərəm
"Xəzər Lənkəran" klubunun idman direktoru Yunis Hüseynov azerisport.az saytına açıqlamasında "Kəpəz"in AFFA tərəfindən lisenziya almasına münasibət bildirib. Veteran futbolçu Gəncə klubunun Premyer Liqada iştirakını yüksək qiymətləndirib:
"Hələlik, rəsmi qərar verilməyib. Amma "Kəpəz"in çempionatda iştirak təsdiqlənsə, bu, yaxşı xəbər olacaq. Gəncə hər zaman Azərbaycanın futbol məktəblərindən biri kimi tanınıb. Ona görə "Kəpəz"in qayıtması yaxşı haldır. Rəqabəti artırar və Premyer Liqada daha çox bölgə təmsil olunar".
