12 may 2015 12:30

MY Yay Futbol Məktəbi Qax rayonunda seçim apardı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimləri davam etdirir. Azerisport.az xəbər verir ki, növbəti seçim prosesi Qax rayonunda keçirilib. Nəticələri diqqətinizə çatdırırıq:

Vüqar Məmmədli, Elvin Qarayev, Elnur Muradlı, Əhməd Abbasəliyev, Fuad Osmanlı, Eşqin Ramazanov.
 
Yay futbol məktəbini təşkil etməkdə əsas məqsəd paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarından müvəffəqiyyətlə keçən  8-12 yaş arası (2003,2004,2005,2006 və ya 2007 təvəllüd) 32 gənc iyun ayının 1-dən 6-dək Bakıda, “Bayıl Arena” stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək.

Seçimləri prosesini həyata keçirən AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirəcəklər. Seçimlərə qatılmaq üçün heç bir ödəniş tələb olunmur.
 
Qeyd: Növbəti seçim prosesi Xaçmaz rayonunda olacaq. Qeydiyyat mayın 14-də, saat 16:00-da Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.