12 may 2015 11:30
Bolqarıstan Azərbaycanı Beroe stadionunda qəbul etmək istəyir
Bolqarıstan futbol federasiyası yığma komandanın ev oyunlarını keçirəcəyi ikinci stadion kimi "Beroe Arena"nın adını UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, bolqarlar hazırda bəzi ev oyunlarını bu arenada keçirmək üçün qitə futbol qurumundan razılıq gözləyirlər.
UEFA buna razılıq verəcəyi halda isə, Bolqarıstan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Maltaya qarşı ev oyunlarını məhz "Beroe" stadionunda keçirməsi gözlənilir.
