Qəbələnin bombardiri sıraya döndü
Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində mayın 16-da “İnter”lə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, “Sumqayıt”la mayın 8-də səfərdə keçirilən 33-cü turun oyununun (2:0) ertəsi gün Bakıda məşq keçib, bir gün istirahətə buraxılan “qırmızı-qaralar” çalışmalarını bərpa edib.
Ötən gün Qəbələ şəhər stadionunda bir araya gələn komanda əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalara üstünlük verib. Bir müddət komanda ilə məşq keçməyib, “Sumqayıt”la oyunu buraxan Cavid Hüseynov da məşqə qatılıb. Hazırlıqlarda fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanov iştirak etməyib. Roman Qriqorçukun yetirmələri oyuna qədər hazırlıqlarını Qəbələdə davam etdirəcək.
Qeyd edək ki, “İnter”lə Qəbələ şəhər stadionunda baş tutacaq oyun mayın 16-da keçiriləcək.
