12 may 2015 00:45
Nazarov oynadı, komandası uduzdu
Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Darmştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Dmitri görüşün 83-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla 4-cü pillədə qərarlaşıb.
