12 may 2015 00:30
Mirhüseyn Seyidov: Mövsüm bitəndən sonra rəhbərliklə danışacağıq
"Neftçi"nin transferə çıxardığı Mirhüseyn Seyidov son olaylara münasibətini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sabah (bu gün - red.) Elvin Yunuszadə və Rauf Əliyevlə birlikdə əvəzedici komandanın məşqlərinə qatılacağam. Sona iki oyun qalıb. Bir turu da buraxmalı olacağıq. Mövsüm bitəndən sonra rəhbərliklə oturub söhbətləşəcəyik. Klub məni transferə çıxarıb. Amma klubla müqaviləm var. Bunu müzakirə etməliyik".
