12 may 2015 00:00
Cəmşid Məhərrəmov ehtiyatda qaldı
Türkiyə PTT 1-ci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Cəmşid sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Adanaspor" hazırda 36 xalla 14-cü pillədə qərarlaşıb.
