11 may 2015 15:30

Oqtay Abdullayev: Kəpəz Dalğa Arenada oynamaqdansa, Yevlaxda çıxış etsin

Azərbaycan futbolunun veteranı Oqtay Abdullayevin azerisport.az saytına müsahibəsi

- "Kəpəz"in növbəti mövsümdə Premyer Liqada oynayacağı xəbərini necə qarşıladınız?
- Biz veteranlar bu xəbəri eşidəndə sevindik. Gəncə Azərbaycan futboluna Mübariz Zeynalov, Ruslan Abdullayev, Sergey Kramarenko, Maşallah Əhmədov, Vasif Əliyev, Yunis Hüseynov, Vəli Qasımov və başqa bir sıra tanınmış oyunçular bəxş edib.

- Belə çıxır ki, Azərbaycanın veteran futbolçularının yarısı Gəncədəndir...
- Az qala yarıdan çoxu məhz Gəncədən çıxıb. Bu komanda çoxdan Premyer Liqaya qayıtmalı idi. Futbolun inkişafını istəyiriksə, bölgələrdə bu idman növünə xüsusi diqqət ayrılması vacibdir. Tovuzda da böyük futbolun olması əla olardı. "Neftçala"nın da Premyer Liqada oynaması yaxşı olardı.

- "Kəpəz" elitaya vəsiqə qazansa da, güclü sponsoru yoxdur. Düşünmürsünüz ki, belə çətin olacaq?
- Gəncədə kifayət qədər imkanlı şəxslər var. İcra Hakimiyyətinin başçısı da futbolu sevən adamdır. Vaxtilə Yevlaxda bu işlə məşğul olub və bu komandanın necə çıxış etdiyini yaxşı xatırlayıram. Fikrimcə, "Kəpəz"in maliyyə problemi olmayacaq. Həm də dövlət proqramı çərçivəsində klublara maliyyə yardımı göstəriləcək. Əminəm ki, bu klubun işləri Premyer Liqada yaxşı gedəcək.

- Klub prezidenti Mehman Allahverdiyev bizimlə müsahibəsində bildirib ki, komanda ev oyunlarını "Dalğa Arena"da keçirəcək...
- Niyə "Dalğa Arena"? Qoy Yevlaxda oynasınlar. Komandaları paytaxdan kənara çıxarmaq lazımdır. Burada futbola gedən yoxdur. Liderlərin oyununa nə qədər insan gəlir? Əgər futbolun inkişafını istəyiriksə, regionlarda iş görmək lazımdır. Paytaxtda nə qədər az komanda olsa, bir o qədər yaxşıdır.

- "Zirə"nin Premyer Liqaya vəsiqə qazanması barədə nə deyə bilərsiniz?
- Bu komandanı az tanıyıram. Amma onların işə münasibəti inam yaradır. Görünür, yaxşı imkanları var. Onlara uğurlar arzulayıram.

- "Bakı"nın Premyer Liqanı tərk edəcəyi də dəqiqdir...
- Bu cür infrastruktura, belə prezidentə malik klubun Premyer Liqada olmaması çox üzücüdür. Buna çox təəssüflənirəm. Amma mən "Bakı"nın üstündən xətt çəkmək istəməzdim. Onlar bir il sonra yenidən elitaya qayıda bilərlər. Ümumiyyətlə, mənə elə gəlir ki, qarşıdakı mövsümlərdə elitada klubların sayını artırmaq lazımdır. Bunun ölkə futboluna ancaq xeyri dəyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.