11 may 2015 14:15
Penev Azərbaycan millisini çalışdırmaqdan niyə imtina edib?
Bolqarıstanın ÇSKA (Sofiya) klubunun baş məşqçisi Lyuboslav Penev Azərbaycan yığmasını çalışdıra bilərmiş. Azerisport.az xəbər verir ki, buna bolqarıstanlı mütəxəssisin AFFA qarşısında şərt qoyması mane olub.
Belə ki, Penev yığmamızda öz köməkçiləri (Zdravko Zdravkov, Yordan Yordanov, Jana və David Rodriqesovlar) birgə işləmək istədiyini bəyan edib. Ancaq AFFA buna razılaşmayıb.
Qeyd edək ki, ötən ilədək Penev yığmamızın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Bolqarıstanın baş məşqçisi vəzifəsində çalışırdı. Elə bolqarlarla ötən ilin sentyabr ayının 9-da keçirilmiş oyunda da rəqib komandanı Penev, millimizi isə sabiq baş məşqçi Berti Foqts çalışdırırdı və görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
