11 may 2015 13:45
Kamal Quliyev: Premyer Liqada oynamağa haqqımız çatır
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev komandasının Premyer Liqaya buraxılmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klub rəhbərliyi AFFA-ya müraciət edib. Biz lisenziya məsələsinə yenidən baxılmasını istəyirik. Bütün problemlərimizi həll etmişik. Fikrimcə, lisenziya alacağıq. "Neftçala" birinci divizionun qalibi olub. Buna görə də Premyer Liqada oynamağa haqqımız var. Komandamızın heyətindəki oyunçular da elitada oynamağa layiqdirlər. Bu klub Premyer Liqada olmalıdır. "Kəpəz"in lisenziya almasına gəlincə, mən növbəti mövsümün reqlamentini bilmirəm və orada neçə klubun olacağından xəbərsizəm. Əsas odur ki, bizim klub da çempionat iştirakçıları sırasında olsun".
