11 may 2015 13:15
Neftçala Premyer Liqada oynayacaq
AFFA birinci divizionda çempion olan "Neftçala"ya növbəti mövsümdən Premyer Liqada oynamağa lisenziya verməsə də, vəziyyət dəyişə bilər. Azerisport.az xəbər verir ki, bu barədə klubun Feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb:
"3-cü gün AFFA son məlumatı verəcək. "Neftçala" FK rəhbərliyi artıq lisenziyaya görə yaranmış problemi aradan qaldırıb. Çox böyük ehtimalla gələn il "Neftçala" FK Premyer Liqada mübarizə aparacaq".
