11 may 2015 11:30
Faiq Əzizov: Norveçlə oyunda qapıda kimin duracağına baş məşqçi qərar verəcək
Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizov Türkiyənin "Kayserispor" klubunda çıxış edən Kamran Ağayevin zədəsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zədədən heç kim sığortalanmayıb. Biz də Kamran Ağayevin vəziyyətini diqqətdə saxlayırıq. Barmaqdakı problem elə də ciddi deyil. Özüylə də danışmışam. Fikrimcə, oyuna qədər hazır olacaq. Səlahət Ağayev də yaxşı formadadır. Norveçlə oyunda qapıda kimin duracağına isə baş məşqçi Robert Prosineçki qərar verəcək. Məşqlərdə kimin özünü daha yaxşı tərəfdən göstərməsinə baxacağıq".
