11 may 2015 00:00
Vaqif Cavadovsuz Boluspor darmadağınla qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Karşıyaka" ilə qarşılaşıb. Matç Bolu klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Vaqifin adı bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Boluspor" hazırda 40 xalla 11-ci pillədə qərarlaşıb.
