10 may 2015 20:10
Rail Məlikovsuz Dənizlispor qələbə qazandı
Türkiyə PTT 1-ci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" səfərdə yığmamızın sabiq müdafiəçisi Ufuk Budağın klubu "Qaziantep BB" ilə qarşılaşıb.
Matç Dənizli klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb. Məlikov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 40 xalla 11-ci, "Dənizlispor" isə 30 xalla 15-ci pillədə qərarlaşıb.
