10 may 2015 16:00

Nazim Süleymanov: İlk matçın Bakıda keçirilməsini istərdim

Azərbaycanın U-19 yığmasının baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan veteranları ilə Vladiqafqaz "Alaniya"sı arasında keçiriləcək yoldaşlıq görüşünə hazırlıq necə gedir?
- Rusiyadakı bayram tədbirləri bitəndən sonra Vladiqafqazdakı dostlarıma zəng edib, hər şeyi dəqiqləşdirəcəyəm. Qarşılaşma təxminən mayın 24-də keçiriləcək. Komandaların heyəti demək olar ki, məlumdur. Düzünü desəm, mən ilk oyunun Bakıda keçirilməsini istərdim. Amma bizi ilk oyunu orada keçirməyə dəvət etdilər.

- Hazırda siz özünüz hansı təşkilatı məsələlərlə məşğulsunuz?
- Bütün bu işləri oyuna ev sahibliyi edəcək tərəf öz üzərinə götürüb. Bizə sadəcə, ora vaxtında getmək lazımdır.

- Bəs cavab görüşü nə vaxt olacaq?
- İlk oyundan sonra aydınlaşdıracağıq. Amma həmin matç Avropa Oyunlarından sonraya təsadüf edəcək.

- Azərbaycanın U-19 yığmasındakı işləriniz necə gedir?
- Mənim üçün hər şey yeni olsa da, öhdəsindən gəlməyə çalışıram. Fikrimcə, bu, böyük məsuliyyətdir. Həm də seçmə mərhələ oyunları noyabrda Bakıda olacaq.

- Türkiyə, Ukrayna, Bosniya və Herseqovina kimi rəqiblərlə qarşılaşacaqsınız...
- Asan olmayacaq. Hətta evdə oynamağımıza baxmayaraq, çətin olacağını bilirik. Çətin rəqiblərdir. Hər biri futbol ölkəsi hesab olunur. Amma istənilən halda uğurlu çıxış etməyə çalışacağıq. Xaricdə təlim-məşq toplanışı keçmək istəyimiz var. AFFA komanda üçün hər cür şərait yaradır. Mayın sonunda bir araya gəlməyi düşünürük.

- Bəs köməkçiləriniz kimlər olacaq?
- Bu məsələ hələlik, müzakirə mərhələsindədir. Hələ qərar verməmişik. Mayın sonuna qədər bu məsələ həllini tapmalıdır.

- Köməkçilərinizi özünüz seçəcəksiniz?
- Namizədlərin siyahısı məndə olacaq və son seçimi özüm edəcəyəm. Çünki onlarla mən işləməli olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.