10 may 2015 15:00
Qarabağ kapitanını itirdi
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov cəzalı duruma düşüb. Azerisport.az xəbər verir ki, yığmamızın da kapitanı olan təcrübəli müdafiəçi Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkaran" ilə oyunda sarı vərəqə limitini doldurduğu üçün növbəti turda oynamayacaq.
Sadıqov növbəti turun "Sumqayıt" ilə oyununda komandasına kömək edə bilməyəcək.
