10 may 2015 00:20
Ruslanın komandası qələbə qazandı
Xorvatiya çempionatında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Split klubu doğma meydanda "Osiyek"lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ruslan bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.
