10 may 2015 00:10
Qranada İsrafilovsuz qalib gəldi
İspaniya La Liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kordoba" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov zədəli olduğuna görə bu dəfə də oynamaq şansı qazanmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 31 xalla 18-ci pillədə qərarlaşıb.
