10 may 2015 00:05
Ayntraxt Emil Balayevsiz qələbə qazandı
Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Hoffenhaym"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emil bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 39 xalla 10-cu pillədə qərarlaşıb.
