10 may 2015 00:00
Kamran Ağayev oynamadı, komandası çempion olub, Super Liqaya çıxdı
Türkiyə PTT 1-ci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Cavid İmamverdiyevin klubu "Elazığspor"la qarşılaşıb. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızın heç biri bu görüşün iştirakçıları arasında yer almayıb.
Qeyd edək ki, "Kayserispor" hazırda 66 xalla 1-ci, "Elazığspor" isə 39 xalla 12-ci pillədə qərarlaşıb. Bu nəticədən sonra Kayseri klubu çempionluğunu və Super Liqaya vəsiqəni təmin edib.
