9 may 2015 19:54
İbrahim Uzunca: Həmin qola qədər çox yaxşı oynadıq
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib.
Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: “Bu gün ilk hissənin son dəqiqəsində qol buraxdıq. Həmin qola qədər çox yaxşı oynadıq. İkinci hissədə vəziyyəti düzəltməyə çalışsaq da, alınmadı. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm”. (PFL)
