9 may 2015 19:37
Tərlan Əhmədov: Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib.
Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: “İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi. Lakin fasilədən sonra qələbə həvəsindəydik. Əlimizdə olan heyəti bu oyuna köklədik. Düzdür, mən son 1 həftədə komandanın yanında ola bilmədim. Pro kurslarında iştirak etdiyim vaxt köməkçi məşqçilər komandanı oyuna yaxşı hazırlaya bilmişdilər. İndi əsas məqsəd komandanı qarşıdakı oyuna hazırlamaqdır”. (PFL)
