9 may 2015 16:15

Rəşad Sadiqov: Mövsümü medalsız başa vurmaq üzücü olar

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun olacağını başa düşürdük. Rəqib gənclərdən qurulmuş komandadır, bir yerdə dayanmırlar, çox hərəkət edirlər. Amma biz formada olduğumuzu göstərdik. Artıq 10 oyundur uduzmuruq. Deməli, burada bəxtdən söhbət gedə bilməz.

- Rəqibi yaxşı analiz etmişdiniz?
- Bəli, ümumiyyətlə, Roman Qriqorçuk rəqibləri analiz etməyə çox vaxt sərf edir. Biz isə meydanda onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Rəqibə oynamağa imkan vermirik. Həm də biz rəqiblər arasında fərq qoymuruq, liderə də, autsayderə də eyni qaydada mübarizə aparırıq.

- Son dövrlər ilk dəfə start heyətdə yer almışdınız...
- Bir müddət zədəli oldum, sonradan bərpa dövrü keçdim. Hamıya məlumdur ki, qalib heyəti dəyişmirlər. Komandamız uğurlu seriyaya da mən oynamadığım dövrdən başlayıb. Amma sağ olsun Qriqorçuk, mənə də şans verir.

- Komandanızın bürünc medal uğrunda mübarizədə favorit saymaq olar?
- Bürünc medalı qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümü medalsız başa vurmaq üzücü olar.

- Müqavilə müddətini artırmaqla bağlı rəhbərliklə söhbətiniz olub?
- Hələ yox.

- Yığmamızın Serbiya və Norveçlə oyununa dəvət alacağınızı gözləyirsiniz?
- Robert Prosineçki məni Antalya toplanışına dəvət etmişdi. Amma zədə səbəbindən orada oynaya bimədim. Fikrimcə, bu dəfə də dəvət göndərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.