9 may 2015 15:30

Mehman Allahverdiyev: Kəpəzin Premyer Liqada maliyyə probleminin olacağını düşünmürəm

"Kəpəz"in prezidenti Mehman Allahverdiyev komandasının Premyer Liqaya vəsiqə qazanmaq perspektivindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Gəncə həmişə futbol şəhəri olub, futbolla nəfəs alıb. İki ildir birinci divizionda oynayırıq, indi isə Premyer Liqaya qayıdırıq. Rövnəq Abdullayev sağ olsun ki, Gəncədə futbolu saxladı. Ona çox minnətdarıq. Allah eləsin ki, "Kəpəz" yenidən Premyer Liqada xüsusi pay sahibi olsun. Digər regionlarımızın da elitada təmsil olunmasını istərdim. İnanmıram ki, Premyer Liqada maliyyə problemimiz olsun. İlk növbədə AFFA-dan kömək etmələrini xahiş edəcəyik. İki potensial sponsorla danışıqlarımızı davam etdiririk".

Allahverdiyev bəyan edib ki, komanda ev oyunlarını öncə "Dalğa Arena"da keçirəcək: "Bir müddət ev oyunlarımızı "Dalğa Arena"da keçirəcəyik. Bizim Gəncə şəhər stadionunda müəyyən işlər görməyimiz lazımdır. Ondan sonra stadion ev oyunlarımızı keçirməyə hazır olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.