9 may 2015 15:00

Kəpəzlə Zirə Premyer Liqada iştirak edə bilər

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda 2015/16-cı il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş 16 klubun (AZAL PFK, “Bakı” FK,  “Xəzər Lənkəran” FK, “İnter” PİK, “Kəpəz” PFK, “Qarabağ” FK, “Qaradağ-Lökbatan” FK, “Qəbələ” İK, “Neftçala” FK, “Neftçi” PFK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK, “Şuşa-Qarabağ” FK, “Turan Tovuz” İK, “Zirə” PFK ) sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə (Buraxılış 2014) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Xəzər Lənkəran" FK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Simurq” PİK.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası Azərbaycan Premyer Liqasında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə (Buraxılış 2014) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. Azərbaycan Premyer Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Kəpəz" PFK,  “Simurq” PİK, “Sumqayıt” FK, "Zirə" PFK.
 
2. Azərbaycan Premyer Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Bakı” FK, “Qaradağ-Lökbatan” FK,  “Neftçala” FK,  “Rəvan” FK, “Şuşa Qarabağ” FK, “Turan Tovuz” İK.
 
Qeydlər:

1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 13-cü maddəsinə müvafiq olaraq, 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan “Premyer Liqa” yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
 
2. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.