9 may 2015 14:00
Azərbaycan çempionu UEFA Kubokuna təsnifat mərhələsindən başlayacaq
Futzal üzrə Azərbaycan çempion olmuş "Xəzər adaları" klubu UEFA Kubokunda mübarizəyə elit mərhələdən başlamayacaq. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən klubun ilk dəfə qitə miqyaslı yarışa vəsiqə qazanması və çox aşağı reytinqə malik olmasıdır.
Əvvəlki illərdə Azərbaycan çempionu olan "Araz" artıq avrokubokların daimi iştirakçısı olduğundan yüksək reytinq toplamışdı. Məhz bu üzdən sözügedən komanda hər yeni mövsümdə təsnifat mərhələsində iştirak etmədən birbaşa elit mərhələyə vəsiqə qazanırdı. "Xəzər adaları" isə "Araz"dan fərqli olaraq, mübarizəyə ilk təsnifat mərhələsindən başlamalı olacaq.
