9 may 2015 13:00

Elvin Məmmədov: İnterdə hər kəs sensasiya edəcəyimizə inanır

"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə oyun barədə nə deyə bilərsiniz?
- Gözəl oyun alındı. Komandamı və özümü qələbə, vurulan qollar münasibətilə təbrik edirəm. "Qarabağ"la xal fərqini azaltmağa nail olduq. Hələ ki, hədəfə doğru irəliləyirik.

- Nəticənin bu dərəcədə gözəl olacağını gözləyirdiniz?
- Xeyr. Amma biz yaxşı futbol sərgilədik. Heç kim deyə bilməz ki, nəticə oyuna görə olmadı.

- Mirhüseyn Seyidov sizin ayağınıza zərbə endirdiyinə görə meydandan qovuldu. Sizcə, orada qırmızı vərəqə var idi?
- Oyun epizodu idi. Həmin epizod mənə qəsdən edilmiş hərəkət kimi görünmədi. Amma hakim elə qərar çıxardı.

- Siz qol vuranda topu Aqil Məmmədovun ayaqları arasından tora göndərmək fikrində idiniz?
- (gülür) Elə fikrim var idi, amma alınmadı.

- "İnter" qalan bütün oyunlardan qalib ayrılsa, "qızıl oyun" olacaq?
- Komanda sensasiya edə biləcəyinə inanır. Biz öz şansımızı itirməmişik. Növbəti turda bizi "Qəbələ" ilə çətin oyun gözləyir. Onlara da qalib gəlsək, gözəl şans yaxalamış olacağıq.

- Bu inam sizdə haradandır? Axı adətən maliyyə problemləri olan klublarda tam fərqli motivasiyanın şahidi olmaq mümkündür...
- Düzünü desəm, biz də xoşagəlməz vəziyyətlə üzləşmişik. Amma buna baxmayaraq, hədəfimizə çatmağa çalışırıq. İkinci yerdə gedən komandanın maliyyə problemi ilə üzləşməsi çox üzücüdür. Ümid edirəm ki, hər şey düzələcək. Çünki biz Azərbaycanı Avropada təmsil etməliyik.

- "Neftçi" ilə danışıqlar apardığınız barədə xəbərlər nə dərəcədə doğrudur?
- Bu xəbərlər həqiqəti əks etdirmir. Şəxsən mən özüm belə bir söhbət eşitməmişəm.

- Sizə elə gəlmir ki, bu oyundan sonra "Neftçi" rəhbərliyi təklif göndərə bilər?
- Bu, artıq "Neftçi" rəhbərliyindən asılıdır. Mən bunu şərh edə bilmərəm.

- "İnter"in yayda büdcəni azaltması gözlənilir. Maaşınızın azaldılmasına razı olacaqsınız?
- Məbləğ məni qane edəcəksə, niyə də yox?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.