9 may 2015 11:00

Neftçi loqotipi dəyişmədi, Avstriyaya getməyə qərar verdi

Ötən gün "Neftçi" PFK-nın təlim məşq bazasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə şura üzvlərinə ilk iclasda qəbul olunmuş qərarların icrasına dair hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:

1. "Neftçi" PFK-nın yeni strukturu və iş sisteminə uyğun olaraq hazırlanmış ştat cədvəli Müşahidə Şurası tərəfindən təsdiq olunub.

2. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında keçirilmiş sorğunun nəticələri Müşahidə Şurasına təqdim olunub. Sorğuya əsasən hazırki loqotipin saxlanmasının leyhinə fikir bildirən azarkeşlərin rəy çoxluğu nəzərə alınaraq, hazırki loqotipin saxlanmasına qərar verilib.

3. İclasda şura üzvlərinə yeni yaradılacaq "Neftçi" PFK-nın muzeyinin layihəsi təqdim edilib və layihəyə əsasən muzeyin "Bakcell Arena"da təsis edilməsinə qərar verilib.

4. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı AFFA ilə əməkdaşlıq məsələsi müzakirə olunub. İlkin olaraq əldə edilmiş razılığa əsasən əlavə xərclərin aradan qaldırılması məqsədi ilə "Neftçi" PFK-nın məhsullarının milli komandaların rəsmi "Fan shop" məntəqələrində satışa çıxarılması səmərəli hesab edilib.

5. İclasda Azərbaycan Kubokunun final oyunu -"Qarabağ" - "Neftçi" matçına hazırlıq məsələləri müzakirə edilib.

6. İclasda “Neftçi” PFK-nın əsas komandasının yeni mövsümə hazırlıq məsələsi müzakirə olunub. Təqdim olunmuş təqvim planına əsasən komandanın yay təlim-məşq prosesinin 17-28 iyun tarixləri aralığında Avstriyada təşkil olunması və toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi" UEFA Avropa Liqasının iyunun 22-də baş tutacaq püşkatmasının nəticəsindən asılı olaraq Bakıya, yaxud rəqib klubun təmsil olunduğu ölkəyə səfər edəcək.

7. İclasda klubun inkişaf strategiyasının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.

8. İclasda klubun transfer siyasəti, seleksiya prosesi, eləcə də gündəlikdə olan cari məsələlər müzakirə edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.