9 may 2015 00:10

Ardıcıl 6-cı səfər qələbəsi

“Qəbələ” Topaz Premyer Liqasının 33-cü turunda “Sumqayıt”la üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, səfər oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” uğurlu seriyalarını bu matçda da davam etdirdi.

Ardıcıl 6-cı səfər qələbəsi

Bu il fevralın 10-da səfərdə “Simurq”a 0:2 hesabı ilə məğlub olan Roman Qriqorçuk həmin oyundan sonra rəqib meydanında xal itirmir. “Qarabağ”ı 1:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Neftçi”ni 3:1, “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” Sumqayıtın eyniadlı komandası ilə matçda ardıcıl 6-cı səfər qələbəsini qazanıb. Bu da klub tarixinin rekordudur.

10 məğlubiyyətsiz oyun

“Qəbələ” fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirdikdən sonra çempionat matçlarında uduzmayıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 28 xal qazanıb. 6 səfər oyunu ilə yanaşı, “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da “Qəbələ” məğlubiyyət acısı yaşamayıb. Komandamızın Premyer Liqadakı ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “qırmızı-qaralar” 16 matçda heç kimə yenilməyib.

11 qollu oyun

“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun yetirmələri 11 matçdır meydanı qolsuz tərk etmir. Bu görüşlərdə komandamız 21 dəfə fərqlənib. İndiki seriya klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” indiyədək belə məhsuldarlıq nümayiş etdirməmişdi.

Ən uğurlu mövsüm

Cari mövsümdə son səfər matçını keçirən “Qəbələ” Premyer Liqanı 2 ev oyunu ilə bitirəcək. Rəqib meydanlarında 9-cu qələbəsini qazanan, qol sayını 23-ə, top fərqini 5-ə, xal hesabını 30-a çatdıran “qırmızı-qaralar” mövsümlər üzrə ən yaxşı nəticələrini göstərib. Bu 4 rekordun hamısı ötən mövsümün göstəricilərinin yenilənməsi ilə gerçəkləşib. Həmin 18 səfər oyununda 8 qələbəsi, 21 qolu, 3-ə bərabər top fərqi və 29 xalı olan komandamızın rekordları cəmi 1 ildən sonra yeniləndi.

32-ci qol

Klub tarixinin ən məhsuldar futbolçusu olan Viktor Mendi “Sumqayıt”la oyunda 2-ci qolu vurmaqla “qırmızı-qaralar”ın heyətində 32-ci dəfə fərqlənib. O, “Qəbələ” tarixinin ən məhsuldar oyunçuları siyahısında Dodo (23), Rövşən Əhmədov (20), Kənan Kərimov (18), Yannik Kamanan (17), Deon Bartonu (15) qabaqlayır. Premyer Liqada 28-ci qolunu vuran seneqallı hücumçu Dodo (21), Yannik Kamanan (16), Deon Bartonla (15) fərqi artırıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.