Arif Əsədov: İstefa səsləyənlər bizi alqışlayacaqlar
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Son vaxtlar heyətlə bağlı problemlərimiz var idi. Biz məcbur olduq ki, gənc futbolçularımıza güvənək. Digər problem çempionata da motivasiyanın olmamasıdır. Futbolçuların əsas diqqəti kuboka yönəlib. Hazırda məqsədimiz zədələrdən qurtulmaq və kuboka yaxşı hazırlaşmaqdır. Finalda tam başqa "Neftçi"ni görəcəksiz. Qaldı ki, azarkeşlərin etirazına, onları başa düşürəm. Belə hallara İspaniya, İngiltərə kimi ölkələrdə də rast gəlinir. Amma vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar. Mən komandama inanıram. Düşünürəm ki, problemləri aradan qaldırıb, kubokda istədiyimiz nəticəni qazanacağıq”.
