8 may 2015 21:00
Aqil Məmmədov: Qəbələnin uğurlu seriyası təsadüfi deyil
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Deyərdim ki, güclü oyun nizam-intizamı olan bir komandaya qarşı mübarizə apardıq. “Qəbələ”nin uğurlu seriyası təsadüfi deyil. Çox keyfiyyətli oyunçulara malik bir komandaya qarşı çıxış etdik. İlk hissədə futbolçularım sanki yatmışdılar. Çox səhvlər etdik. İkinci hissədə yaxşı mübarizə aparsaq da, bu məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Çalışacağıq ki, bu oyunu unudub qarşıdakı çətin matça hazırlaşaq”.
