8 may 2015 20:30
Elbrus Məmmədov: Qarabağ kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır
"Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi. Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. “Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır”.
