8 may 2015 20:15
Qurban Qurbanov: Onlardan xoşum gəldi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”.
