8 may 2015 17:30

Robert Prosineçki: Neftçi ilə bağlı suallara cavab verməkdən yorulmuşam

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin azerisport.az saytına müsahibəsi

- Çempionatın hər turunu izləyirsiniz. Maraqlı nəsə yenilik var?
- Nə deyəcəyimi belə bilmirəm. Maraqlı heç nə yoxdur. Hər şey əvvəlki kimidir.

- Bir müddət öncə sizin "Neftçi"nin baş məşqçisi Arif Əsədovla və klubun idman direktoru Vəli Qasımovla görüşünüz oldu. Əsədov hətta sizin komandanın məşqini izləməyə dəvət etmişdi. Klubun bazasına baş çəkdiniz?
- Klubların məşq prosesini izləməyi qarşıma hədəf qoymamışam. Bu, mənim işim deyil. Biz həmin görüşdə belə nəticəyə gəldik ki, "Neftçi"nin futbolçuları yığmada oynamq isrəyirlərsə, klubda daha yaxşı çıxış etməli, daha yaxşı formada olmalıdırlar.

- "Neftçi"nin yığmada təmsil olunmamasından bu cür narahatlığına sizin münasibətiniz necədir?
- "Neftçi" barədə çox sual verilir. Mən artıq bu mövzuda suallara cavab verməkdən yorulmuşam. Onların həyəcanını baaş düşürəm. Çünki bu klub Azərbaycan futbolunun flaqmanı hesab olunur. Amma gəlin bu mövzunu bağlayaq. Araz Abdullayev formada olsa, mən onu yığmaya dəvət edəcəym. Lakin Rauf Əliyev klubunda oynamırsa, onu necə milliyə çağırmağımı tələb edə bilərsiniz? Kim formadadırsa, o da yığmaya çağırılacaq.

- Andrey Popoviç "Sumqayıt"ın əvəzedici komandasına göndərilib. Onun bu dəfə milliyə dəvət almaq şansı var?
- Şübhəsiz ki, belə olan halda o, yığmaya dəvət almayacaq. Öz klubunun məşqlərinə qatılmayan futbolçu yığmada yer ala bilməz. Malta ilə oyun ərəfəsində o, hər tur meydana çıxırdı. Ona görə də milliyə dəvət olunmağı haqq edirdi. Amma bu dəfə elə deyil. O, oynamır və klubunun intizam qaydalarına əməl etmir. Nəticədə də yığmaya çağırılması mümkünsüzdür.

- İyunun 3-də Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Amma yığmamız finalda iştirak edəcək oyunçular olmadan Avstriyaya yola düşəcək...
- Bu proqramı çoxdan müəyyənləşdirmişik. Heç nəyi dəyişmək olmaz. Bu formada hazırlaşmalıyıq.

- Norveçlə seçmə mərhələ oyunu öncəsi Serbiya yığması ilə yoxlama oyunu sizin üçün nə dərəcədə önəmlidir?
- Mən bu rəqibi xüsusi olaraq seçmişəm. Əlbəttə, indi bu komanda heç də yaxşı günlərini yaşamır. Amma futbolçularının səviyyəsini nəzərə almaq lazımdır. Serbiyalı oyunçular Avropanın bir sıra aparıcı klublarında çıxış edirlər. Bizi yaxşı sınaq görüşü gözləyir. Belə oyunların sayı daha çox olmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.