8 may 2015 17:00
Çeran: Lukoylun sponsorluq etməsinə daha çox inanıram, nəinki Kuarejmanın transferinə
"Simurq"un forvardı Draqan Çeran məşhur "Lukoyl" şirkətinin bu komandaya sponsorluq edəcəyi, eləcə də portuqaliyalı Kuarejmanın transfer olunacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "Lukoyl"un komandamıza sponsorluq edəcəyinə daha çox inanıram, nəinki Kuarejmanın transferinə. O, ulduzdur, superounçudur. Sponsorluq barədə xəbərlərə daha çox inanıram".
