8 may 2015 15:15
Yoxlama matçının başlama vaxtı açıqlandı
Xəbər verdiyimiz kimi, iyunun 7-də Avstriyada Azərbaycan və Serbiya milli komandaları arasında yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Pölten şəhərindəki "NV Arena"da təşkil olunacaq və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
