8 may 2015 15:00
Vəli Qasımov: Elvin Yunuszadə vəzifə borcunu yerinə yetirmədiyinə görə əvəzedici heyətə göndərilib
"Neftçi"nin idman direktoru Vəli Qasımov Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yunuszadənin əvəzedici komandaya göndərilməsinə xüsusi problem görmürəm. Bu, normal təcrübədir. O, niyə əsas heyətdən kənarlaşdırılıb? Öz vəzifə borcunu yerinə yetirmədiyinə görə. Onun əsas heyətə qayıtması da özündən asılıdır".
