8 may 2015 14:45
Nazim Süleymanov: Belə oyunlar tez-tez keçirilməlidir
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nazim Süleymanov bu gün "Neftçi"nin veteranlardan ibarət komandasına qarşı keçirdikləri yoldaşlıq matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun alındı. Düşünürəm ki, belə oyunları tez-tez keçirmək lazımdır. Özü də bu cür görüşlərdə nəticə o qədər də önəmli deyil. Əsas odur ki, iştirakçılar oyundan razı qalsınlar".
