8 may 2015 14:15
Elxan Məmmədov: Tapşırığın öhdəsindən gələ bilmədim
AFFA-nın baş katibi Elxan Məmmədov "Neftçi"nin veteranlarından ibarət komandaya qarşı keçirdikləri yoldaşlıq görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın baş məşqçisi Ağasəlim Mircavadov mənə Vəli Qasımovu "bağlamaq" tapşırığı vermişdi. Amma mən bu tapşırığın öhdəsindən gələ bilmədim. Vəli qol vurdu. Matça itkilərlə çıxmışdıq. Ötən gün yığmamızın baş məşqçisi Robert Prosineçki dizindən zədə almışdı və bu üzdən meydana çıxa bilmədi. Əks halda hesab fərqli olacaqdı".
