8 may 2015 13:30

Rauf Əliyev: İndidən finalı düşünməyimiz düzgün deyil

Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyundan nə gözləyirsiniz?
- Hədəfimiz qələbə qazanmaqdır. Başqa nəticə barədə düşünməyə də dəyməz. Bu görüş bizim üçüncü yeri tutmağımız baxımından çox vacibdir. Meydana yalnız 3 xal üçün çıxacağıq.

- "Neftçi" mükafatçılar sırasına düşə bilməsə, bu, uğursuzluq sayılacaq?
- Biz bu barədə düşünmürük. Medallara ümidliyik.

- Komandanız bu mövsüm Premyer Liqa çərçivəsində "İnter"ə qalib gələ bilməyib. Bu, sizi narahat etmir?
- Xeyr. Çünki biz bu komandanı kubokda mübarizədən kənarlaşdırmışdıq. Eyni uğura çempionatda da nail ola bilərik.

- Əvvəllər sizin baş məşqçi Arif Əsədovla probleminizin olduğu bildirilirdi...
- Mənim baş məşqçi ilə problemim olmayıb, indi də yoxdur. Sadəcə, zədəm var idi, sonradan xəstə oldum. Bir növ qara zolağa düşmüşdüm. Allah eləsin ki, bütün bunlar geridə qalsın.

- Mövsümün sonunda "Neftçi"də qalacaqsınız?
- Bəli, mənim klubla daha bir illik müqaviləm var. Komandamızın əvvəlki mövqeyini geri qaytarmasına kömək etmək istəyirəm.

- Kubokun finalı barədə düşünməyə başlamısınız?
- Ona hələ çox var. İndidən bu oyunu düşünməyimiz düzgün deyil. Qarşıda hələ çempionat oyunlarımız var.

- Sizi yığmamızın Serbiya və Norveçlə oyunlarında görə biləcəyik?
- Yığmamıza uğurlar arzulayıram.

- Yəni heyətdə yer almayacağınızı gözə almısınız?
- Yığmada oynamaq istənilən futbolçunun arzusudur. Mən də "Neftçi"dəki oyunumla əvvəlki formamı geri qaytardığımı isbatlamağa çalışacağam. Qalanı isə baş məşqçidən asılıdır. Robert Prosineçi mənə dəvət göndərməsə də, bu, dünyanın sonu olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.